Untitled Document
Untitled Document "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
Untitled Document
Ana səhifə
 
Untitled Document















 
Gəncə şəhər Mərkəzi Kitabxanası
     
 

Nizami Gəncəvi haqqında

İlyas Yusif oğlu Nizami Gəncəvi (1141, Gəncə -1209, Gəncə) -Azərbaycan şairi və mütəfəkkiri. Sənətkar ailəsində doğulmuş, Gəncə mədrəsələrində təhsil almış, şəxsi mütailə sayəsində orta əsr elmlərini mükəmməl öyrənmiş, xüsusən Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də incəliklə bilən şairin yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astranomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın olur.Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina ətmiş,halal zəhməti ilə dolanmışdır.

Təqribən 1169/70-ci ildə Dərbənd hökmdarı Səyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur. Nizami Gəncəvi yaradıcılığa lirik şərlərlə başlamışdır. əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min bəyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şərlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şərlərində ifadə etmişdir. Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir. Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Şirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrul un sifarişi ilə qələmə aldığı «Xosrov və Şirin» poəmasını 1180 ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188 ildə Şirvan hökumdarı I Axsitan şairə «Leyli və Məcnun» mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəmişdisə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə «leyli və Məcnun» poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196 ildə əlaəddin Körpə Arslanın adına «Yeddi gözəl» əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estətik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı «İsgəndərnamə» (təqr. 1203) poemasını qələmə almışdır. Nizami Gəncəvinin ilkin Şərq Rənəssansının zirvəsi olan yaradıcılığında dövrünün ən hümanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır. Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək məyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars,ərəb,çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub o an bu qəhrəmanların həç birisinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə , insan əməyinə ehtiram şairin yaradıcılığının baş mövzularındandır. Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin kəçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında Vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir. Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur. Nizami Gəncəvi-nin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. əsərlərinin nadir əlyazma nüsxələri bir çox xarici ölkə şəhərlərinin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məhşur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır. Nizami Gəncəvinin Gəncədə dəfn olunduğu yərdə möhtəşəm məqbərəsi tikilmişdir.

   
Untitled Document

XX ƏSRİN FACİƏSİ - XOCALI SOYQIRIMI

 




Gözlənilən tədbirlər:
"Tarixin bagışlamayacağı cinayət - Xocalı faciəsi" 26 Fevral Xocalı soyqırımı





Elektron kataloq
Web İRBİS 64 - Elektron Kataloqun Verilənlər bazalarında biblioqrafik informasiya axtarışı üçün proqram təminatıdır.



Virtual kitab sərgisi


Yeni kitablar


Azərbaycanın Milli Qəhramanları



2010 - cu ilin kitabxanaçısı


Gəncə sənətkarları




Əlaqə



Baxılıb:

??????? ?????????

     
Untitled Document
  Untitled Document

© 2007 Gəncə şəhər Mərkəzi Kitabxanası
Tərtibatçı: Ramil Ismayılov Dizayn: Sevda Baxşıyeva