Untitled Document
Untitled Document "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
Untitled Document
Ana səhifə
 
Untitled Document















 
Untitled Document
 
T Ə D B İ R L Ə R
 
 

 
 

25 noyabr 2010-ci il tarixdə Gəncə Şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin Hacıkənd qəsəbəsində yerləşən 17 saylı kitabxana filialında “Azərbaycan Təbiəti dünya incisi” adlı ədəbi-bədii gecə keçirildi.
Tədbiri giriş sözü ilə 17 saylı kitabxana filialının böyük kitabxanaçısı Laura Qafarova açaraq tədbir iştirakçılarını salamladı və çıxış üçün sözü Gəncə Şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mina Məlikovaya verdi. Mina xanım öz çıxışında bildirdi ki, müasir dövrümüzdə təbiətin mühafizəsi qlobal və ümumbəşəri problem olmaqla bütün dünya xalqlarını düşündürür. Ekoloji problemin həlli və ətraf mühitin qorunması hər bir insanın borcudur.
Sonra soz Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Elmira Əliyevaya verildi.
Tədbirdə Hacıkənd qəsəbəsinin 35-saylı orta məktəbin IX-sinif şagirdlərindən Abbasov Çingiz, Qurbanova Xanım, Qasımov Həsən, Qurbanlı Fəridə və s. uşaqlar təbiətə həsr olunmuş şerlər, səhnəciklər, musiqi nömrələri ilə çıxış etdilər.
Tədbirin sonunda 35-saylı orta məktəbin biologiya müəlliməsi Məmmədova Mehriban öz çıxışında şəhərimizin yaşıllaşdırılmasında ağac və gül kollarının əkilməsi şə qorunması ilə bağlı aksiya keçirilməsi fikrini söylədi.
 
 
 
 

 
 


Dünən Mərkəzi Kitabxananın Oxu zalında gənc yazar Şəfa Vəliyevanın “Ümiddən olan qurbanlar” adlı kitabının təqdimatı keçirildi.
Təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar bölməsinin sədri Məmməd Alim, həmçinin, qurumun üzvləri, ictimaiyyətdə öz xüsusi istedadı və fəallığı ilə seçilən gənclər iştirak etdi.
Qeyd edək ki, Şəfa Vəliyeva həm də şeirləri ilə Gəncə ədəbi mühitində gənc yazar kimi tanınıb. Hələ kiçik yaşlarından onun şeir və hekayələri dövri mətbuatda nəşr olunub.
Məlumat üçün bildirək ki, Vəliyeva Şəfa Elxan qızı 1988-ci il iyulun 15-də Qərbi Azərbaycanın Göyçə mahalında dünyaya gəlib.1994-cü ildə Şəmkir rayon Ələsgərli kənd orta məktəbinin birinci sinfinə gedib. 2005-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsinə daxil olub. 2009-cu ildə oranı bitirib.
Hazırda “Kəpəz” Müstəqil Tele-Radio şirkətində “Üfüq” verilişinin redaktoru vəzifəsində çalışır.
 
 

 
 


18 noyabr 2010-cu il tarixində, saat 16:00-da Gəncə şəhər Mərkəzi Kitabxanasının binasında gənc yazar Şəfa Vəliyevanın “Ümiddən olan qurbanlar” adlı ilk kitabının təqdimatı olacaq... Kitabda kiçik həcmli hekayələr, esselər və mənsur şeirlər yer alıb.
 
 

 
 

Qurban bayramınız mübərək!
 
 


Qurban bayramı və ya Dini qurban kəsmə bayramı — İslam aləmində ən möhtəşəm bayramlardan biridir.
Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər.
Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.
Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu. Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır.
Quranda yazılıb: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır". Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi.
Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.
Allah bütün qurbanlarınızı qəbul etsin!
 
 

 
 
 
 
17 Noyabr Dirçəliş Günüdür!
Bayramınız Mübarək!

1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu.
Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.
Sizləri bu tarixi gün münasibətilə təbrik edir, hamınıza azad, demokratik Azərbaycanımızda xoşbəxt yaşamağı arzulayırıq.
 
 

 
 
 
 

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü

1995 ci il Noyabr ayının 12 də Ümumxalq səsvermə- referendum yolu ilə Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi.Bu gün ilk Konstitusiyamızın qəbul olunduğu günü qeyd edirik.Bütün Azərbaycanlıları bu gün münasibəti ilə ürəkdən təbrik edir,dövlətimizin inkişafında uğurlar arzu edirik!
Qoy həmişə fəxrimiz olan 3 rəngli Bayrağımız zirvələrdə,Himnimiz isə ürəklərdə olsun!
Təbrik edirik!
 
 

 
 

Kitabxana – informasiya sahəsində çalışan rəhbər işçilərin kompyuter biliklərinin artirılması Gəncə şəhərində yekunlaşdı.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»na uyğun olaraq son illər Azərbaycan Respublikasının kitabxana-informasiya sahəsində informasiya texnologiyaları geniş tətbiq olunmağa başlanmış, respublikanın şəhər (rayon) kitabxanalarının informasiyalaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işi həyata keçirilir.
Bu sahədə görülən işlərin səmərəliliyin artırılması məqsədi ilə kitabxana-informasiya sahəsində çalışan rəhbər işçilərin, kitabxana mütəxəssislərinin informasiya texnologiyalarından istifadə bacarığına yiyələnmələri zəruri məsələlərdəndir.
Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları üçün (26-30 oktyabr) tarixində keçirilən təlimlər Gəncə şəhərində yekunlaşdi.
Şəhər (rayon) MKS-lərinin direktorlarının kompyuter biliklərinin yiyələnməsini komissiya üzvləri: Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana işi sektorunun müdiri tarix-elmlər namizədi Lətifə Məmmədova, kitabxana sektorunun aparıcı məsləhətçisi Samir Abbasov, Mədəniyyət Müəssisələri işçilərinin Hazırlıq və İxtisasartırma Mərkəsinin direktoru fəlsəfə elmləri namizədi - Şabanov Ramazan, tədris metodika kabinetinin müdiri – Rəhmanova Nəzakət, böyük metodist – Namazova Ruhiyyə, baş metodist – Hüseynova Aygün və mərkəzin aparıçı mühəndis-proqramçı – Qədirov Tural yüksək qiymətləndirdilər.
Təlimləri uğurla başa çatdıran kitabxana rəhbərlərinə sertifikatlar təqdim olundu.
Qonaqlar beş gün ərzində şəhərin müxtəlif tarixi abidələrini, muzeylərinə və şəhərimizin görməli yerlərində oldular.
Onlar Nizmai məğbərəsini, Mir Cəlal Paşayevin ev muzeynində, Hüsniyyə, Şah Abbas, İmamzadə məscidlərində, Cavad Xan türbəsind, Tarix Diyarşunaslıq müzeylərində oldular.
Növbəti gün C.Cabbarlı adına Dram Teatrın aktyorlarının iştirakı ilə “Varlı qadın” tamaşasına baxdılar.
29 oktyabr tarixdə Gəncə Dövlət Kamera orkestrinin hazırladığı “Gəncə əfsanələr paytaxtıdır” adlı konsert proqramında iştirak etdilər.
 
 
 
 
 
 

 
 

Kitabxana – informasiya sahəsində çalışan rəhbər işçilərin kompyuter biliklərinin artırılmasina start verildi

 
 


Bu gün 26 oktyabr tarixində Gəncə şəhər Mərkəzləşmiş Kitabxana Sisteminin Oxu zalında rayon kitabxana rəhbər işçilərin, kitabxana mütəxəssislərinin informasiya texnologiyalarından istifadə bacarığına yiyələnmələrinə start verildi.
 
 
 
 

 
 

Kitabxana – informasiya sahəsində çalışan rəhbər işçilərin kompyuter biliklərinin artirılması

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»na uyğun olaraq son illər Azərbaycan Respublikasının kitabxana-informasiya sahəsində informasiya texnologiyaları geniş tətbiq olunmağa başlanmış, respublikanın şəhər (rayon) kitabxanalarının informasiyalaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işi həyata keçirilir.
Bu sahədə görülən işlərin səmərəliliyin artırılması məqsədi ilə kitabxana-informasiya sahəsində çalışan rəhbər işçilərin, kitabxana mütəxəssislərinin informasiya texnologiyalarından istifadə bacarığına yiyələnmələri zəruri məsələlərdəndir.
Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə növbəti təlimlər 26-30 oktyabr tarixində Gəncə şəhərləri Mərkəzləşdirilmiş Kitabxana Sistemində 23 rayon MKS direktorları üçün davam etdiriləcəkdir.
 
 

 
 

18 oktyabr – Dövlət Müstəqillik Günü


1991-ci il avqustun 30-da Azərbaycan respublikasının növbədənkənar sessiyasında dövlət istiqlaliyyəti haqda bəyannamə qəbul olundu. “Azərbaycan xalqının ali dövlət maraqlarına əsaslanaraq, 1918-1920-ci illərdə Azərbaycanın artıq bir isriqlal dövlət kimi tanınması, Azərbaycan bir suveren dövlət kimi dünya içtimayəti tərəfindən tanınması, Azərbaycan konstitusiyana əsasən, bütün beynəlxalq normalara riayət edilməsi, milliyətindən asılı olmayaraq, bütün vətəndaşların insan hüququnu qorumaq, başqa dövlətlərin sərhədini tanımaq və pozmamaq, bütün ölkələrlə dostluq əlaqəsi yaratmaq, BMT və başqa beynəlxalq orqanlarının qanunlarına riayət etmək və başqa səbəblərlə əlaqədar Azərbaycan Respublikasını öz istiqlaliyətinin bərpa olunma qərarını qəbul edir.”
1991-ci il avqustun 30-da Azərbaycan Ali sovetinin Azərbaycan respublikasının istiqlaliyyəti haqda bəyannamə qəbul olundu və 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya aktı qəbul etdi. Azərbaycan Demokratik Respublikasının süqutundan 71 il sonra dövlətimiz öz istiqlaliyyətinə qovuşub. Qəbul olunan Konstitusiya Aktında Müstəqil Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının davamçısı olması faktı rəsmən təsbit olunub. Bu andan, yəni 1991-ci il oktyabrın 18-dən ölkəmiz istiqlal bir ölkədir.
1994-cü ilin 15 Oktyabr tarixindən Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi günü hər il qeyd edilir.
Azərbaycanda və Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımızı təbrik edirəm!
 
 
 
 

5 Oktyabr - Müəllim Günü


Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə bayramlarını keçirirlər.
Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur.
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir.
Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar.
Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır.
Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".
Gələcək gənclərin, gənclər isə Müəllimlərin əsəridir!!!
 
 
 
   
 

Şer gecəsi


Dünən Nizami Gəncəvi adına kitabxana filialında Nizami-poeziya günü münasibətilə şer gecəsi keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın böyük kitabxanaçısı Cəfərova Atlas açdı. Sonra söz 27 saylı orta məktəbin müəlliməsi Sevda xanıma verildi. O, Nizaminin həyat və yaradıciliğı haqda, ədəbiyyət müəlliməsi Şahnaz Əliyeva “Nizami dünya ədəbiyyatının korifeyidir”, “Nizami Gəncəvinin sənət aləmi” mövzularda ətraflı çıxış etdilər. Tədbirin sonunda şagirdlər dahi Nizami Gəncəvinin şerlərindən, gəzəllərindən söylədilər.
 
 
 
 
 
 
Gəncə 2504
Ulu Gəncə səhər günün mübarək!


2504 Ulu Gəncə şəhər günün mübarək! Gəncə şəhəri 2504 yaşını qeyd etdi. Sentyabrın 22-23-də bayram tədbirləri keçirildi. Ilk olaraq carçıların car çəkməsi ilə başlayan şənliklər motosikllər, atlıların çıxışları, Nizami Gəncəvinin heykəli qarşısında Nizami poeziya saatı, Mircəlal Paşayev muzeyində Gəncə Dövlət Kamera Orkestri və İsveçrədən dəvət olunan 5 nəfər musiqiçisinin iştirakı ilə konsert proqramı təşkil olundu. Gəncə Darvazalarının önündə vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya, Şah İsmayıl Xətai prospekti boyunca hərbçilər və idmançılarının yürüşü, meydanda geniş şənlik təşkil olundu. Türkiyə, Dağıstan, Gürcüstan, Belarus, Özbəkistan, Azərbaycanın Bakı, Şəki, Bərdə, Yevlax, Lənkəran kimi şəhər və rayonlarından qonaqların iştirakı ilə keçiriləcək el şənliyində milli mətbəximizin inciləri sərgilənəcək, konsert proqramı ilə başa çatdı və atəşfəşanlıq oldu.
 
 
 
 
 
 
90 illik yubiley
17 Sentyabr Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında “Gəncənin səsi” qəzetinin 90 illik yubileyi qeyd olundu.
Tədbiri Oxu zalının müdiri Aidə Abdullayeva açaraq qəzetin bütün əməkdaşlarını yubiley münasibətilə təbrik etdi.
Sonra söz “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqovaya verildi. Rəfiqə xanım qəzetin keçmiş olduğu keşməkeşli həyat yolundan danışdıqdan sonra qəzetin bütün əməkdaşlarını təqdim edərək, onların iş fəaliyyəti haqda danışdı.
Zərif Qayıbov adına 5 saylı musiqi məktəbinin kollektivi rəngarəng musiqi proqramı ilə çıxış etdilər.
M.Ə.Sabir adına 5 saylı orta məktəbin 11-ci sinif şagirdi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş inşa müsabiqəsinin qalibi Ənvər Ənvərzadə, C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyoru, şer söyləmək üzrə Gəncə şəhər I Elvin Ümid şer ilə kollektivi təbrik etdi.
Əməkdar jurnalist Qərib Mehdi, şair Bahadur Fərman, İnqilab İsaq, Sahib Axundlu, yazıçı Fazil Sənan, həkim Sakit Təbib, “İnsan və Qanun”, “İnsan və Zaman” qəzetinin əməkdaşları, “Novosti Gəncə” qəzetinin baş redaktoru İrina Kalaşnikova və kollektivi, Gəncə şəhər Təhsil idarəsinin Metodiki Mərkəzinin məktəbəqədər tərbiyə işləri üzrə metodisti Atlas Orucova “Gəncənin səsi” qəzetinin əməkdaşlarını təbrik etmək üçün yubiley gecəsində iştirak edirdilər.
Sonda kollektivi təbrik etmək üçün MKS-nin direktor müavini Fəriqə Qədimova çıxış edərək “Gəncənin səsi” qəzetinə yeni-yeni nailiyyətlər, uğurlar arzulayaraq kitabxananın kollektivi adından təbrik etdi.
 
 
 
 
 
 
Oxucularla görüş
ABŞ - n Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq 14 sentyabr 2010 cu il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində fəaliyyət göstərən Amerika Mərkəzində oldu. Diplomat ilk öncə “Amerika mərkəzinin” isdifadəçiləri ilə görüşdü .Mərkəzin işi haqqında həmin mərkəzin koordinatoru Gülnaz İsgəndərova ətraflı məlumat verdikdən sonra işlər vəkili istifadəçilərin xüsusi ilə də danışıq kulublarının üzvlərininin suallarını cavablandırdı . Verilən suallar əsasən ABŞ-da təhsil almaq yolları , Amerika elmi-texniki və ictimai həyatı və ədəbiyyatı haqqında idi. Sonra isə diplomat görüş iştirakçılarına onu maraqlandıran suallarla müraçət etdi. Sonda qonaq Amerika mərkəzinin resursları ilə tanış oldu və görüş iştirakçıları ilə şəkil çəkdirdi.
 
 
 
 
 
  Ramazan Bayramınız Mübarək!  
 
 
 
 
  “Qizil qaya”nin təqdimati Iyul ayinin 10-da Gəncə səhər Mərkəzləsmis Kitabxana Sisteminin Oxu zalinda "Divani-hikmət" ədəbi məclisinin mətbuat orqani olan "Qizil qaya" ədəbi-bədii elmi-publisistik jurnalin təqdimat mərasimi olmusdur. Mərasimi Azərbaycan Yaziçilar Birliyin üzvü, sair-dramarurq Sahib Axundov açaraq, yeni ədəbi-bədii elmi-publisistik jurnalin isiq üzü görm?si münasibəti ilə hamini təbrik etdi.
XIX əsrdə Gəncədə, sair Mirzə Səfi Vazehin yaratdigi "Divani-hikmət" ədəbi məclisinin fəaliyyəti 130 illik fasilədən sonra yenidən bərpa olunmusdur.
Böyük ruh yüksəkliyi ilə keçən təqdimetmə mərasimində çixis edənlərin hər biri "Divani-hikmət” ədəbi məclisinin yenidən fəaliyyətə baslamasi üçün, eləcə də "Qizil qaya" jurnalinin nəsri üçün ilk növbədə yaziçi və sairlərə, elm-sənət adamlarina göstrərdiyi diqqət və qaygiya görə, Azərbaycan Respublikasinin Prezidenti cənab Ilham əliyevə, milli-mənəvi dəyərlərimizin dünyaya tanidilmasinda xüsusi zəhməti olan "Heydər əliyev Fondu"na - onun prezidenti, millət vəkili Mehriban xanim əliyevaya səmimi minnətdarliqlarini bildirdilər. Mərasimdə "Divani-hikmət”ədəbi məclisinin ötən ildən fəaliyyətinin bərpa edilməsinin təsəbbüskari olan Gəncə səhər Icra Hakimiyyəti rəhb?rliyinin, eləcə də Gəncə səhər Mədəniyyət və Turizm Idarəsinin ünvanina xos sözlər söylənildi.
Sonra "Qizil qaya" jurnalinda yazilari dərc olunmus müəlliflər, oxucular çixis edərək jurnal barədə Öz fikirlərini bildirdilər, həmçinin jurnalda dərc olunan seirlərdən nümunələr səsləndi.
Tədbirin sonunda "Qizil qaya" jurnalinin ilk nömrəsindən Gəncə səhər Mərkəzi Kitabxanasina hədiyy? olundu
 
 
 
 
 
 
Oxucularla görüş
30 iyun 2010-cu il tarxidə Mərkəzləşdirilmiş Kitabxana sisteminin Amerika mərkəzində oxucularla görüş təşkil olunmuşdu. Təşkil olunmuş bu görüşün səbəbkarları heç də məhşurlar deyildilər.Onlar Amerika mərkəzinin ilk könüllüləri -ADU-n I kurs tələbəsi Nicat Məmmədov və Gəncə şəhər 11 saylı orta məktəbin bu ilki məzunu Səriyyə Məlikova idi. Onlarla görüşün səbəbi o idi ki, Bu uşaqların yaşıdlarından fərqlən cəhət var, şagird partasını indi tərk etsələrdə artıq onların şagirdləri var. Belə ki, onlar boş vaxtlarında Amerika mərkəzində ibtidai sinif şagirdlərinə ingilis dilindən danışıq kursaları təşkil edərək , ingilis dilindən danışıq öyrədirdilər. İndi isə onlar ABŞ Konqresi tərəfindən təsdiq edilmiş və yuxarı sinif şagirdləri üçün ABŞ-da bir il yaşamaqla ilk geniş miqyaslı mübadilə proqramı kimi mövcud olan FLEX proqramı vasitəsilə bir il müddətində ABŞ-da ailədə yaşayaraq və orta məktəblərinin birində təhsil almaq hüququ qazanməşdəılar. Belə ki, artıq Nicat Məmmədov 2009-2010- cu il proqramın qalibi bir il Amerikada təhsil alaraq bu günlərdə Gəncəyə qayıtmışdır . 2010-2011- ci ildə isə Səriyə bu estafeti davam etdirəcək. Tədbirdə Nicat Amerika haqqında öz təsüratlarını görüş iştirakçıları ilə bölüşdü. Sonra isə mərkəzin hazırkı danışıq klubunun üzvləri Ayşə, Zeynəbvə Fidan ingilis dilində mahnı və Bahar isə şeirlə onları təbrik etdilər Görüşdə müxtəlif kataqoriyanın təmsil edən oxucular məktəblilər , müəllimlər, valideyinlər, kitabxanaçılar iştirak edirdilər. .
 
 
 
 
 
  Arxiv...1. .2. .3. .4. .5. Əvvələ  
Untitled Document

XX ƏSRİN FACİƏSİ - XOCALI SOYQIRIMI

 




Gözlənilən tədbirlər:
"Tarixin bagışlamayacağı cinayət - Xocalı faciəsi" 26 Fevral Xocalı soyqırımı





Elektron kataloq
Web İRBİS 64 - Elektron Kataloqun Verilənlər bazalarında biblioqrafik informasiya axtarışı üçün proqram təminatıdır.



Virtual kitab sərgisi


Yeni kitablar


Azərbaycanın Milli Qəhramanları



2010 - cu ilin kitabxanaçısı


Gəncə sənətkarları




Əlaqə



Baxılıb:

??????? ?????????

     
Untitled Document
  Untitled Document

© 2007 Gəncə şəhər Mərkəzi Kitabxanası
Tərtibatçı: Ramil Ismayılov Dizayn: Sevda Baxşıyeva