|
Untitled Document
|
Untitled Document
| |
T Ə D B İ R L Ə R |
|
| |
|
|
| |
Ad günün mübarək!
|
|
| |
 |
 15 aprel Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəal və bacarıqlı işçisi, hamının sevimlisi olan Sevda Baxşıyevanın ad günüdür. Bu münasibətlə onu, kollektivin bütün üzvləri ürəkdən təbrik edirlər.
Gözəl mehriban Sevda,
Şad günün mübarək olsun!
Bəxtin üzünə gülsün,
Ad günün mübarək olsun!
Həyatdan güc alasan,
Daim işıq saçasan,
İşində ucalasan,
Ad günün mübarək olsun!
Qəm – kədər görməyəsən,
Böyük uğur qazanasan,
Sən! Ucalasan, ucalasan!
Ad günün mübarək olsun!
|
|
|
| |
|
|
| |
 14 aprel 2010-cu il tarixdə saat 12-00 da Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 1 saylı kitabxana filialının Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında “Təbiət haqq-hesab istəyir” başlığı altında dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə Sərxan Musayev açaraq tədbir iştirakçılarını salamladı və sözü Ərazi Təbii Sərvətlər şöbəsinin Ekoloji təbliğat üzrə baş məsləhətçi Bağırov Əlikram müəllimə verdi. Əlikram müəllim öz çıxışında qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 Sentyabr 2006-cı il “Azərbaycan Respublikasında Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı” nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Bu sərəncam əsasında kitabxanalarda oxucular arasında fəal iş aparılmalıdır.
Sonra söz 6 saylı məktəbin direktoru Vəfa Abbasovaya verildi. Vəfa xanım gənclərin ekoloji biliklərinin və ekoloji tərbiyənin gücləndirilməsi haqqında orta məktəblərdə görülən işlər haqqında danışdı.
Tədbirin sonunda şəhərimizin yaşıllaşdırılması, yaşıllıqların qorunması, ağac və gül kollarının əkilməsi ilə bağlı aksiya keçirilməsi fikri irəli sürüldü.
Sonda həmçinin “Ekoloji” mövzuda sənədli filmlər, animasiyalar göstərildi.
|
|
| |
 |
 |
 |
|
| |
|
|
| |
 30 Mart 2010 – cu ildə Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında 31 Mart Azərbaycanlıların soyqırımı ilə əlaqədar “Bəşəriyyətə və insanlığa qarşı cinayət-31 Mart” başlığı altında dəyirmi masa təşkil edildi.
Tədbiri giriş sözü ilə Gəncə yazıçılar birliyinin sədri, Respublikanın Əməkdar İncəsənət Xadimi Məmməd Alim açdı. “Qarabağ əlilləri, veteranları və şəhid ailələri” ictimai birliyinin sədri Almaz Aşurov Ermənilərin Azərbaycanlılara qarşı zaman – zaman törətdikləri soyqırım haqqında çıxış etdi. Mövzu ətrafında Gəncə Mədəniyyət və Turizm idarəsinin baş İnspektoru Bəxtiyar Muradov, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elçin Veysov, “Gənc Vətənpərvərlər” birliyinin qərb regionu üzrə nümayəndəsi Elçin Axundov, həmin birliyin üzvləri və Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbin müəllimi Afət Cəmilova və rəhbərlik etdiyi şagird qrupu çıxış etdilər.
Tədbirdə “31 Mart Soyqırımı” ilə bağlı sənədli film nümayiş etdirildi.
Tədbirin sonunda iştirakçılar “Bəşəriyyətə və insanlığa qarşı cinayət -31 Mart” başlığı altında sərgi ilə tanış oldular. |
|
| |
 |
 |
 |
|
| |
|
|
| |
  Novruz bayramı təntənəli şəkildə qeyd ediləcək
Bu il Novruz bayramı münasibətilə Gəncədə bayram şənlikləri təşkil olunacaq. Bayram üçün Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə nəhəng paxlava hazırlanır.
Artıq 12 mart tarixindən şəhər sakinləri Gəncənin mərkəzi meydanında, içərisində nəhəng paxlavanın hazırlanma işlərinin aparıldığı çadırı böyük maraqla izləyirilər.
O, qeyd etdi ki, nəhəng Gəncə paxlavası artıq MDB məkanında rekordu vurub. Paxlavanın uzunluğu 15 metr, eni 6 metr cəkisi 6 ton. Həmçinin meydanda, nəhəng paxlavanın yaxınlığında səməni də qoyulacaq. Həmin gün meydanda quraşdırılmış bayram çadırlarında milli nağılların personajları ilə də qarşılaşmaq olacaq. ətraflı |
|
| |
|
|
| |
 09.03.2010-cu il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Uşaq hüquq mərkəzi” uşaq şöbəsi ilə birlikdə “Siz öz hüquqlarınızı bilirsinizmi?” mövzusunda sual-cavab gecəsi keçirdi.
Tədbiri giriş sözü ilə Uşaq filialları üzrə direktor müavini, Şəfiqə Hacıyeva açaraq uşaqları salamladı və uşaq hüquqları haqqında Azərbaycan Respublikasında uşaq hüquqlarının qorunması ilə bağlı müvafiq normativ aktlar qəbul olunduğundan və bu məsələlərin Azərbaycan Respublikası Konstitutyasında öz əksini tapmasından danışdı.
Sonra söz 1 saylı məktəbin müəllimi Nübar Qoşqarovaya verildi o, “Uşaqların məktəbdəki hüquqları” mövzsunda çıxış etdi.
Uşaq şöbəsinin kitabxanaçısı Əliyeva Elza “Uşaq hüquqları Konvensiyası” haqqında məlumat verərək konvensiyanın 54 maddədən və 4 geniş kateqoriyadan ibarət olduğunu ətraflı qeyd etdi.
“Uşaq hüquqlarının pozulması” haqqında 1 saylı məktəbin ibtidai sinif müəllimi Vəliyeva Mərziyə uşaqlara məlumat verdi.
Tədbir uşaq hüquqlarına dair suallar əsasında təşkil edilmişdir. Uşaqların əksəriyyəti suallara düzgün cavab verdilər. Sual-cavab gecəsi çox maraqlı keçdi.
Tədbirdə müəllimlər və orta məktəb şagirdləri iştirak edirdilər. |
|
| |
|
|
| |
 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Gəncə şəhər mərkəzi kitabxanasının oxu zalında “ Sənə urəyimdə heykəl qoymuşam-Ana ” adlı sərgi təşkil olunmuşdur. Məlumat-biblio-qrafiya şöbəsinin müdiri Məmmədova Tamella 5.03.2010-cu il tarixdə Beynəlxalq Qadınlar gününün dünyada və respublika-mızda keçirilmə tarixindən , bu gün müstəqil dövlətimizin yeritdiyi qadın siyasətindən, qadınlarımızın qazandığı uğurlardan danışmış,
sərgidə nümayiş etdirilən “Azərbaycan qadınları” kitabının I, II , III cildlərinin, S.Gəncəlinin Qadın, gözəllik və ülviyyət”, M.Mirnəsiroğlunun “Xalqın Mehribanı” və s. kitabların xülasəsini vermişdir. |
|
| |
|
|
| |
 Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar 22-26 fevral 2010-cu il tarixində Mədəniyyət və Turizm Nazirliyi C. Cabbarlı adına Respublika Gənclər kitabxanasında kitabxanaçılar üçün treninqlər keçirildi. Treninqə Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin dəstəyi ilə Rusiya Federasiyasından Beynəlxalq EBNİT Assosiasiyasının vitse-prezidenti Kirill Sokolinski dəvət olunmuşdur. Treninqə mədəniyyət və turizm nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova rəhbərlik etmişdir.
Treninqdə WEB-İRBİSİN əsas funksiyaları, Apache proqramının quraşdırılması, elektron kataloq və elektron resuslarının internet beynəlxalq şəbəkəyə çıxarılması, biblioqrafik bazaların yaradılması, Z39,50 Şlyuzunun tətbiqi və s. məsələləri tədris edilmişdir. Treninqdə Rusiya Federasiyasından Beynalxalq EBNİT Assosiasiyasının vitse-prezidenti Kirill Sokolinskidən əlavə mədəniyyət və turizm nazirliyinin kitabxana işi sektorunun əməkdaşı Samir Abbasov və kitabxananın əməkdaşı Günay Həsənova da məruzəçi kimi çıxış etmışlər. Treninqdə şəhər və rayon kitabxalarının əməkdaşlarıda iştirak etirdi. O cümlədən Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 3 nəfər əməkdaşı, komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri Gülnaz İsgəndərova, oxu zalının müdiri Aidə Abdullayeva, not- foleteka şöbəsinin kitabxanaçısı Sevda Baxşıyeva iştirak etmişdir.Treninqin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunmuşdur. |
|
| |
|
|
| |
 19 fevral tarixində Gəncə şəhər Mərkəzi Kitabxanada Xocalı faciəsi ilə bağlı “Tariximizin qan yaddaşı-Xocalı” adlı dəyirmi masa keçirildi.
Tədbirdə “Gənc Vətənpərvərlər” birliyinin qərb regionu üzrə nümayəndəsi Elçin Axundov və birliyin üzvləri Elnur Rüstəmov, İmamverdi Vəliyev, Mikayıl Cəfərov, Gəncə Elmi Regional mərkəzin şöbə müdiri, filologiya elmləri namizədi Ruziyyə Quliyeva, “Qarabağ əlilləri, veteranları və şəhid ailələri” ictimai birliyinin sədri Almaz Aşurov, GDU-nun Tarix kafedrasının baş müəllimi Yəhya Süleymanov, Mərkəzi Kitabxananın direktoru Elmira Əliyeva və kollektivi, GDU-nun tələbələri, M.C.Paşayev adına 39 saylı məktəbin direktor müavini Afət Cəmilova, həmin məktəbin şagirdləri iştirak edirdilər.
39 saylı məktəbin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər ifa etdilər.
Tədbirdə həmçinin Xocalı faciəsi ilə bağlı sərgi təşkil olunmuşdu.
Tədbirdə “Xocalı harayı” adlı sənədli film də nümayiş olundu. |
|
| |
|
|
| |
15 Yanvar 2010-cu ildə Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalında 20 Yanvar Milli Matəm günü ilə bağlı “Azadlıq uğrunda mərd mübarizlər” adlı anım günü keçirildi. Tədbirdə “Qarabağ əlilləri, veteranları və şəhid ailələri” ictimai birliyinin sədri Almaz Aşurov, Gəncə Elmi Regional Mərkəzin şöbə müdiri, filologiya elmləri namizədi Ruziyyə Quliyeva, M.C. Paşayev adına 39 saylı orta məktəbin direktor müavini Afət Cəmilova, Gəncə Özəl Türk litseyinin direktoru Sərhat Aktaş, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elçin Veysov, “Gənc Vətənpərvərlər birliyi”nin qərb bölgəsi üzrə nümayəndəsi Elçin Axundov, GDU-nun tələbəsi Pərvin Quliyev, 39 və 2 saylı orta məktəbin şagird və müəllim kollektivi, MKS-nin direktoru Elmira Əliyeva və kitabxana kollektivi iştirak edirdi.

“Mənəvi dayaq” uşaq və gənclər birliyinin nəzdində fəaliyyət göstərən dram dərnəyinin üzvləri-2 saylı orta məktəbin şagirdləri “20 Yanvar” faciəsinə həsr olunmuş səhnəciklə çıxış etdilər.
Vahid Quliyev, 39 saylı məktəbin şagirdləri, GDU-nun tələbəsi Pərvin Quliyev matəm gününə həsr olunmuş serlər ifa etdilər.
F.Əmirov adına 1 saylı musiqi məktəbinin musiqi müəllimləri və şagirdlərinin ifasında mahnılar səsləndi.
Tədbirin sonunda iştirakçılar 20 Yanvar faciəsinə həsr olunmuş sərgiylə tanış oldular. |
|
| |
|
|
|
|
| |
|
|
| |
13.12.2009-cu il tarixində Gəncə şəhər Mərkəzi Kitabxanasında yazıçı Gülafət Bayramovanın “Qəlbə daş bağlayanda”, “Ölümün acığına”, “Tut ağacı” kitablarının təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimində Yazıçının qələm dostları yazıçı Qərib Mehdi, Bahadur Fərman, Gəncə şəhər Elmi Mərkəzin şöbə müdiri, filologiya elmləri namizədi, şairə Ruziyə Quliyeva, Rəfiqə Sadıqova, Sahib İbrahimli, Aydın murovdağlı, İnqilab İsaq, Zoya xanım, Fərruxə Pərişan, Mikayıl Yanar, Solmaz Şəms, Fəridə Əliyarbəyli, 28 saylı orta məktəbin müəllim kollektivi, Gənc Vətənpərvərlər Birliyinin qərb regionu üzrə nümayəndəsi Elçin Axundov, MKS-nin direktoru Elmira Əliyeva və kollektivi iştirak edirdilər.
İştirakçılar yazıçı Gülafət xanımı yeni kitablarının ərsəyə gəlməsi münasibətilə təbrik edərək, kitab haqqında öz dəyərli fikirlərini söylədilər.
Müəllifin “Qəlbə daş bağlayanda” kitabında müəllifin son dövrlərdə qələmə aldığı povest və hekayələr toplanmışdır. Gülafət xanımım qəhrəmanları ya Qarabağ cəbhəsində vuruşan, ya da əmək meydanında çalışan çağdaş dövrümüzə məxsus insanlardır.
Bu kitabın əxlaqi, mənəvi etik və estetik cəhətdən mühüm əhəmiyyəti var.
“Tut ağacı” povestində yazıçı yüksək vətəndaş mövqeyi, vətənpərvərlik məramı hiss olunur.
“Ölümün acığına” povesti, “Çığıran papaq” hekayəsi real həyat hadisələrinin bədii müstıviyə keçirilmiş gözəl nümunələridir. Kitaba daxil edilən “Güldanın göz yaşları” hekayəsi eyni zamanda qadın dünyasının təsviri baxımından diqqətəlayiqdir. |
|
| |
|
|
|
|
|
| |
|
|
|
|
|
| |
|
|
| |
11.12.2009-cu il tarixində Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalında Məlumat-Bibloqrafira şöbəsininin müdiri Tamella Məmmədova oxuculara kitabxananın fonduna hədiyyə olunan yeni əbiyyatların – “Novruz bayramı ensiklopediyası”, “Azərbaycan kulinariyası”, “Azərbaycan arxeologiyası”, “Naxçıvan xanlığı”, “Azəbaycan tarixi 1-VII cildlər”, “Uşaqlar üçün ensiklopediya-İnformatika”, “Uşaqlar üçün ensiklopediya-Geologiya”, “Uşaqlar üçün ensiklopediya-Kimya”, “Azərbaycan etnoqrafiyası”, “Mədəni yətimizin və mədəni incilərimizin hamisi”təqdimatını keçirdi.
Tamella xanım yeni kitabları oxuculara təqdim edərək hər bir kitabla bağlı geniş məlumat verdi.
Kitablar haqqında olan məlumatlar oxucu qruplarının diqqətini cəlb etdi. Tamella xanım fonda daxil olan yeni, dərin məzmunlu kitablardan oxucuların artıq istifadə edə biləcəyini, bu kitablar vasitəsilə daha dərin, geniş və əhatəli elmə yiyələnə biləcəklərini xüsusi vurğuladı.
Artıq MKS-nin oxucu qrupları fondda olan digər kitablarla yanaşı təqdim olunan yeni ədəbiyyatlarla dərindən maraqlanır, bu kitablara geniş oxucu kütləsi müraciət edir. Hədiyyə olunan kitablardan oxuculara hədiyyə verildi. |
|
| |
|
|
|
|
| |
|
|
| |
17 Noyabr 1992-ci ildən Milli Dirçəliş günü kimi qeyd olunur. Bu gün ilk oyanmış, xalqın öz hüquqlarının müdafiyəsinə çıxdıqları gün kimi tarixə düşmüşdür. Bununla əlaqədar olaraq 19 saylı kitabxana filialında “Ayağa qalx Azərbaycan” başlığı altında ədəbi-bədii gecə keçiriləcək. ətraflı
|
|
| |
|
|
| |
07.11.2009-cu il tarixdə Gəncə şəhər Mətkəzi Kitabxana və 1 saylı kitabxana filialı birlikdə 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı Gəncə şəhər SOS uşaq kəndində uşaqlarla görüş keçirdi.
Görüşdə MKS-nin metodisti Rüstəmova Rəqibə, Oxu zalının müdiri Abdullayeva Aidə, kitabxana filiallarının müdirləri, GDU və ADAU-nun tələbə və gəncləri iştirak edirdilər.
Tədbiri Oxu zalının müdiri Aidə Abdullayeva açaraq uşaqları Uşaq ili münasibətilə təbrik etdi. Və sözü 1 saylı filialın müdiri Züleyxa xanıma verdi. Züleyxa xanım ölkə prezidenti Ilham Əliyevin 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı imzaladığı sərəncamı, YNESKO və İSESKO-nun xoşməramlı səfiri, prezidentin xanımı Mehriban xanım Əliyevanın uşaqlara olan geniş diqqət və qayğısı ilə bağlı çıxış edərək uşaqları təbrik etdi.
Sonra uşaqlarla maraqlı oyunlar təşkil edildi. Şerlər, mahnılar, rəqslər uşaqların könlünü açmaq və günlərini maraqlı etmək üçün geniş zəmin yaratdı.
Sonda SOS Uşaq Kəndinin direktoru Nəsimi müəllim və uşaqlarla xatirə şəkilləri çəkildi.
|
|
| |
|
|
|
|
| |
|
|
| |
5.11.2009 – cu il tarixdə Mərkəzi Kitabxananın Amerika Mərkəzində istifadəçilərlə ABŞ-ın Azərbaycandakı səfirinin Içtimayyətlə əlagədər şöbəsinin müdiri Terri Devidsonla görüşü oldu. Görüş də Terri Devidsonla birlikdə Amerika Mərkəzlərinin koordinatoru Aydan Əsgərova və Bakı Amerika Mərkəzinin direktoru Şəhla Xudiyeva iştirak edirdilər.
Kitabxanada qonaqları Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mina Məlikova, Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva qarşıladılar. Dəirmi masa arxasında qonaqlarla və istifadəçilərə mərkəzin treneri Gülnaz İsgəndərova Amerika mərkəzində aparılan işlər haqqında məlumat verdi. Burda ki, xidmət növlərindən, keçirilən tədbirlərdən danışdı.
Terri Devidson istifadəçilərin fikirlərini dinlədi və onların Amerika haqqında maraqlandıran suallarını cabalandırdı.
Tədbirin sonunda qonaq Mərkəz üçün 3 ədəd komputer, printer, ingilis dilində kitab və jurnalları hədiyyə etdi. |
|
| |
|
|
|
|
|
| |
Arxiv...1. .2. .3. .4. .5. Əvvələ |
|
| |
Untitled Document
|