|
Untitled Document
|
Untitled Document
| |
|
|
| |
T Ə D B İ R L Ə R |
|
|
|
| |
|
|
|
|
|
| |
“Xocalı-susmayan yaddaşım”
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında fevralın 22-də,saat 13.00-da Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı “Xocalı-susmayan yaddaşım”adlı anım mərasimi keçirildi.Tədbirdə 33 nəfər iştirak edirdi.
Məktəblilərin çoxluq təşkil etdiyi tədbirdə şəhərimizin 25 saylı, 39 saylı, 46 saylı və 3 saylı musiqi məktəbinin şagird və müəllim kollektivləri, GDU-nin tələbələri iştirak edirdilər. Əvvəlcə Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Anım mərasimini giriş sözü ilə açan 25 saylı orta məktəbin tarix müəlliməsi Rəfiqə Məmmədova qeyd etdi ki, Xocalı soyqırımı insanlıq tarixində ən qorxulu kütləvi terror aktlarından biridir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı bir
cinayətdir. Kitabxananın müdiri N. Hacıyeva tədbirin əhəmiyyətindən danışdı. O, qeyd etdi ki, hər bir kəs bu tarixi həqiqəti təbliğ etməli, tariximiz unudulmamalı, daha geniş miqyasda təbliğ olunmalıdır.Tədbir çərçivəsində iştirakçılar “Xocalı - bu gənc faciə qocalır”adlı sərgi ilə tanış oldular. Tədbir boyu şagird və tələbələrin ifasında Xocalı soyqırımına həsr olunmuş şeirlər lirik notlarla müşayiət olundu. |
|
|
|
|
|
| |
|
|
|
|
|
| |
“Xocalı soyqırımı - 20”
Bu gün 22.02.2012 il tarixində Gəncə şəhər Baş Polis idarəsində Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş anım günü keçirildi. Tədbirdə şəhər icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, Xocalı sakinləri iştirak edirdi. Anım günündə Gəncə şəhər Mərkəzi kitabxananın kollektivi Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş kitab sərgisi nümayiş etdirdi. Sərgidə 1988- ci il Qarabağ hadisələri, Xocalı faciəsini əks etdirən müxtəlif ədəbiyyatlar, Qarabağ uğrunda şəhid olanlar, Milli qəhrəmanlarımız, Soyqrım haqqında məlumatlar, dövrü mətbuatda işıqlandırılan materiallar əks olunmuşdur.
Sərgidə uşaq rəssamlıq məktəbinin Xocalı soyqrımına aid çəkdikləri rəsm əsərləri də nümayiş etdirildi. |
|
|
|
|
| |
|
|
|
|
|
| |
|
|
|
|
|
| |
|
|
|
|
|
| |
“Tarixin qanlı yaddaşı-Xocalı”
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində Xocalı soyqırımının 20 illiyi münasibətilə 22.02.2012-ci il tarixində saat 11:00-da “Tarixin qanlı yaddaşı-Xocalı” başlığı altında ədəbi-bədii kompozisiya keçirildi.
Ədəbi-bədii kompozisiyada 27 saylı lisey məktəbinin müəllim və 6-7-ci sinif şagirdləri iştirak etdilər.
Tədbiri Uşaq şöbəsinin müdiri Cəfərova Atlaz açaraq, tədbir iştirakçılarını salamladı. Sonra şəhidlərimizin ruhunu bir dəqiqəlik sukutla yad etdilər. Daha sonra məktəbin tarix müəllimi Bayramov Akif “Əsrimizin qanlı faciəsi “ mövzusunda , Könül müəllimə isə “İnsanlığa, bəşəriyyətə, humanizmə qəsd” adlı mövzularla çıxış etdilər. Məktəbin şagirdlərindən Nəsirova Fatima, Məmmədov Ruslan, Balakişiyeva Zenfira, Mustafazadə Nail ,Əliyeva Tacirə, Ələkbərova Aysel, Musayeva Xədicə və başqalrı Xocalı faciəsinə həsr olunmuş şerlər söylədilər. |
|
|
|
|
| |
|
|
|
|
|
| |
|
|
|
|
|
| |
“Dil xalqın namusu, tarixi, vicdanı deməkdir”
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 17.02.12-ci il tarixində, saat 1200-da Ana dilimizin gözəlliklərini, zərifliyini bir daha oxuculara aşılamaq üçün Beynəlxalq ana dili gününə həsr olunmuş “Dil xalqın namusu, tarixi, vicdanı deməkdir” başlığı altında ədəbi-bədii gecə keçirildi. Tədbirdə 28 nəfəriştirak edirdi. Kitabxananın müdiri Hacıyeva Natella tədbir iştirakçılarını salamladı və bu bayram münasibətilə onları təbrik etdi.O,qeyd etdi ki, Beynəlxalq ana dili günü hər bir xalqın öz dilini əziz tutduğu gündür. 25 saylı orta məktəbin, ədəbiyyat müəllimi Dürrə Məmmədova öz çıxışında Ümummilli lider H.Əliyevin “Hər bir azərbaycanlı vətəndaşı, öz ana dilini, dövlət dilini mükəmməl bilməlidir” sözü ilə başladı və qeyd etdi ki, hər bir millətin dili onun varlığını sübut edən, onu yaşadan abidədir. O, çıxışını R.Rzanın “Ana dili” şeri ilə bitirdi. Tədbirin iştirakçıları kitabxanaçılar tərəfindən hazırlanmış sərgi ilə tanış oldular, T.Bayramın, R.Rzanın, S.Rüstəmin, Sabir Rüstəmxanlının, Z.Yaqubun dilimiz haqqında yazdıqları şerlər oxucuların ifasında dinlədilər. Tədbir boyunca Azərbaycan dilinin gözəlliyi, zənginliyi haqqında şerlər söylənildi, mahnılar səsləndi, şair və yazıçılarımızın, elm xadimlərimizin ana dilimiz haqqında söylədikləri sitatlar iştirakçılara çatdırıldı. |
|
|
|
|
| |
|
|
|
|
|
| |
|
|
|
|
|
| |
5 fevral 2012-ci il tarixdə MKS-nin 22 nömrəli kitabxana filialında nağıl saatı keçirildi . Nağıl saatında filialın böyük kitabxanaçısı Tünzalə İsmayılova yazıçı Gülzar İbrahimovanın İlanlı dərənin sirri adlı kitabından nağıllar oxudu . Tədbirdə iştirak edən kitabxananın kiçik yaşlı oxucuları nağılları diqqətlə dinlədi və nağılda onlara maraqlı olan suallar verdilər. Sonda tədbir iştirakçıları arzu etdilər ki, belə tədbirlər kitabxanada tez- tez keçirilsin. |
|
|
|
|
| |
|
|
|
|
|
| |
|
|
|
|
|
| |
“2 Fevral Gənclər günü ”
2 Fevral tarixdə Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında 2 Fevral Gənclər günü münasibətilə “Gələcəyi quranlar” adlı söhbət keçirildi.
Tədbirin icraçısı oxu zalının kitabxanaçısı Əliyeva Aytən gənclər günü münasibətilə bütün gəncləri təbrik edərək çıxış etdi: “Azərbaycan Gəncləri günü 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi idi. 1996-cı ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib....” Tədbirdə Gəncə Dövlət Universitetinin, Aqrar Universitetin tələbə və gəncləri, kitabxananın fəal oxucuları, Gənc Vətənpərvərlər Birliyinin üzvləri iştirak edirdilər.
Tədbirdə gənclər arasında onları maraqlandıran bir sıra mövzularla bağlı maraqlı diskusiya keçirildi.
Sonda iştirakçılar 2 Fevral Gənclər Günü münasibətilə “Gələcəyi quranlar” başlığı altında təşkil olunmuş sərgiylə tanış oldular.
Bu il Gəncə şəhəri 13,1% səslə “Gənclər Paytaxtı” elan edildi. Bu möhtəşəm xəbər münasibətilə bütün Gəncə Gənclərini təbrik edir, onlara Müstəqil Azərbaycanın tərəqqisi və inkişafı yolunda əzmlə, mətin addımlarla irəliləməyi, Əbədi Müstəqiiliyimiz naminə əllərindən gələni əsirgəməməyi arzu edirik. |
|
|
|
|
| |
|
|
|
|
|
| |
“Köhnəlmis pestisidlərə dair maarifləndirmə”
28 yanvar 2012-ci il tarixdə Mərkəzi kitabxananın oxu zalında “Köhnəlmiş pestisidlərə dair maarifləndirmə” başlığı altında tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Kənd Təssərrüfatı Nazirliyi, Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksi və ECORES Ekoloji Analtik İnformasiya agentliyi ilə birgə kənd təssərrüfatı ərazilərində qalıq və köhnəlmiş pestisidlər barədə maarifləndirmə və onların qısa müddətdə açıq anbarlardan təmizlənməsi məqsədi ilə inventarlaşma layihəsini əsasında həyata keçirilirdi. Tədbirə Gəncə şəhər ADAU, ATU, 10 saylı Ərazi Ekologiya və Təbii sərvətlər şöbəsinin, Gəncə baytarlıq idarəsinin, Gigiyena və Epidemiologiya mərkəzinin, Gəncə Aqrobiznes Assosiasiyasının və Qərb regionunun kənd təssərrüfatı mütəxəssisləri dəvət olunmuşdu. Tədbiri giriş sözü ilə MKS-in direktoru Elmira Əliyeva açaraq tədbir iştirakçılarını salamladı və sözü Azərbaycan Respublikası Kənd Təssərrüfatı Nazirliyinin Dövlət Fitosanitar nəzarəti xidmətinin müdiri Xoşqədəm Ələsgərovaya verdi. Xoşqədəm xanım öz çıxışında qeyd etdi ki, inkişaf etməkdə olan ölkələrdə köhnəlmiş, lazımsız və qadağan olunmuş pestisid anbarları ətraf mühit və insan sağlamlığına ciddi zərər vurmaqda davam edir. Bütün dövlətləri qayğılandıran bu problem Azərbaycan üçün də aktualdır. Hazırda dövlətin bu sahədə gördüyü işlər sırasına maarifləndirmənin gücləndirilməsi də daxildir. Xanım hazırladığı təqdimatda Respublikamızda bu sahədə aparılan işlər haqqında ətraflı məlumat verdi. Sonda tədbir iştirakçıları ilə bu mövzu ətrafında diskussiya aparıldı və X. Ələsgərova iştirakçıları maraqlandıran sualları cavablandırdı.
|
|
|
|
|
| |
|
|
|
|
|
| |
|
|
|
|
|
| |
“20 Yanvar Ümumxalq Hüzn günü ilə bağlı “Onlar Vətəni, Torpağı, Milləti və Dövləti canından artıq sevməyin simvollarıdır” adlı dəyirmi masa ”
17 Yanvar tarixində Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalında 20 Yanvar Ümumxalq Hüzn günü ilə bağlı “Onlar Vətəni, Torpağı, Milləti və Dövləti canından artıq sevməyin simvollarıdır” adlı dəyirmi masa təşkil edildi.
İlk öncə Qanlı 20 Yanvar Şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri MKS-nin direktoru Elmira Əliyeva açaraq dünyamızın 20 Yanvar faciəsindən danışdı: “1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Məhz həmin gün doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.....”
Tədbirdə Gəncə Dövlət Universitetinin Tarix fakultəsinin baş müəllimi Yəhya Süleymanov, Gənc Vətənpərvələr Birliyinin Gəncə nümayəndəsi Elçin Axundov, birliyin üzvləri Mikayıl Əlizadə, Elnur Rüstəmov, kitabxananın fəal oxucularından Mübarək Hacıyev, Pərvin Hüseynov, Sevinc Axundova, GDU-nun “Tələbə və gənclər” təşkilatının üzvləri, kitabxananın direktoru Elmira Əliyeva, direktor müavini Fəridə Qədimova və işçi kollektivi iştirak edirdilər.
İştirak edənlərin hər biri Azərbaycanda, xüsusilə də Bakıda misli görünməmiş faciədən, itkilərdən, günahsız insan olümündən ağrılı sohbətlər etdilər.
Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirildi.
Oxu zalının müdiri Aidə Abdullayeva Bəxtiyar Vahabzadənin “Şəhidlər” şerini ifa etdi.
Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsi ilə bağlı təşkil olunmuş sərgiylə tanış oldular. |
|
|
|
|
| |
|
|
|
|
|
| |
“Xudadad bəy Rəfibəyli – 135 ”.
MKS- nin 25 saylı kitabxana filialında 16.01.2012- ci il tarixdə görkəmli dövlət xadimi Xudadat bəy Rəfibəylinin anadan olmasının 135 illiyi münasibətilə “Görkəmli dövlət xadimi, cərrah - Xudadat bəy Rəfibəyli” adlı söhbət keçirildi. Tədbirdə 19 və 24 saylı məktəbin şagirdləri, digər fəal tələbə oxucularımız iştirak etdilər. Tədbirdə iştirak edən 24 saylı məktəbin dil-ədəbiyyat müəllimi Dürdanə xanım Xudadat bəy Rəfibəylinin həyat və fəaliyyətindən söhbət açdı. O Xudadat bəy Rəfibəylinin Gəncədə xalqa göstərdiyi yardımlardan, Azərbaycan Xalq Cümhuriyyəti dövründə özünün nüfuz və yüksək peşakarlığı ilə tutduğu vəzifələrdə Azərbaycan xalqı üçün çox böyük işlər gördüyündən danışdı.
Sonra kitabxanaçı Əliyeva Sevil diyarımızın tanınmış adamlarının həyat və faliyyətinin gənc nəsillərə tanıtmasını kitabxanaçıların ən ümdə vəzifəsi olduğunu söylədi. Həmdə belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini qeyd etdi.
Sonda tədbir iştirakçıları Xudadat bəy Rəfibəyliyə həsr edilmiş sərgi ilə tanış oldular. |
|
|
|
|
| |
|
|
|
| |
|
|
|
| |
|
|
|
| |
|
| |
Arxiv...1. .2. .3. .4. .5. Əvvələ |
|
| |
Untitled Document
|