| |
|
 |
ŞAHSEVƏNLƏR MƏSCİDİ
Məscid 1882-ci ildə tikilmişdir. Binadan vaxtilə dövlət kitabxanası kimi istifadə edilib. Hal-hazırda məscid kimi fəaliyyət göstərir.
Ünvan: Şahsevənlər küçəsi. |
| |
|
 |
MÜRSƏL OCAĞI TÜRBƏSİ
Əttarlar küçəsindəki köhnə qəbirstanlıqda tikilmişdir. Sovet dövründə qəbirstanlığın ərazisində şəhər Mərkəzi bazarı salınmışdır. Türbə indi həmin bazarın ərazisindədir. |
| |
|
 |
XAN BAĞI - SƏRDAR BAĞI
Rəsmi sənədlərdə belə "Xan Bağı" adlandırılsa da, əslində "Sərdar Bağı"dır.
Sərdar Bağı 1847-ci ildə carın Qafqazdakı canişini ("sərdarı") knyaz M. S. Voronsovun təşəbbüsü ilə salındığı üçün bu adı almışdır. Gəncədə tarixən xanların istirahət guşəsi kimi mövcud olmuş Xan Bağı rus işğalından sonra ləğv edilmiş, oradakı ağacların bir qismi isə Sərdar Bağına köçürülmüşdür. Bağ hal-hazırda gəncəlilərin əsas istirahət guşələrindəndir. |
| |
|
 |
ALMAN KİLSƏSİ
Kilsə XIX əsrdə tikilmişdir. Tikintidə əsasən tuf daşından istifadə edilmişdir. 1915-ci ildə almanlar Gəncə şəhərindən köçən zaman bina Pravoslav kilsəsinin istifadəsinə verilmişdir. Binada indi Gəncə Dövlət Kukla Teatrı fəaliyyət göstərir.
Ünvan: Mirzə Abbas Abbaszadə küçəsi. |
| |
|
| |
MİXAİLOV SƏNƏT MƏKTƏBİNİN BİNASI
XIX əsrə aid tikilidir. Hazırda bu tikilidən İnzibati bina kimi istifadə olunur.
Ünvan: Ozan küçəsi 6. |
| |
|
 |
SİNEMA BİNASI
XIX əsrin II yarısında tikilmişdir. Bina əvvəllər «modern sineması» adlandırılmışdır.
Ünvan: Adil İsgəndərov küçəsi 60. |
| |
|
 |
«VƏTƏN» KİNOTEATRININ BİNASI
XIX əsrdə almanlar tərəfindən tikilmişdir. Bina əvvəllər «Zaryadie» adı ilə tanınmışdır.
Ünvan: Cavad xan küçəsi ilə Əttarlar küçəsinin kəsişməsi. |
| |
|
 |
COMƏRD QƏSSAB TÜRBƏSİ
VII-VIII əsrlərdə tikilmiş Comərd Qəssab türbəsi Gəncə çayının sağ sahilində, Qədim Gəncə hasarının I km.-də, indiki dəmir yolunun cənubunda yerləşirdi. Türbə XX əsrin 70-ci illərində dağıdılmış, 2004-cü ildə ilkin görkəminə tam uyğun olaraq yenidən inşa edilmişdir. Türbə səkkiz guşəli formadadır. Türbə bişmiş kərpic və gəcdən hazırlanmış məhlul ilə tikilmişdir. |
| |
|
 |
ALBAN MƏBƏDİ
VI-VII əsrlərdə tikilmiş və XVII əsrdə bərpa olunmuşdur. Bina yeddi sütunludur. Hazırda burada Gəncə Dövlət Kamera Orkestri fəaliyyət göstərir.
Ünvan: Mirzə Abbas Abbaszadə küçəsi. |
| |
|
 |
YUSİFBƏYLİLƏR MÜLKÜ
Əsas materialı kərpicdən olan ev, 1877-ci ildə inşa edilmişdir. Evin tikilməsində Şərq və Qərb memarlıq uslubuna üstünlük verilmişdir. Ev hazırda əvvəlki görkəmini saxlayır.
Ünvan: Nəsib bəy Yusifbəyli küçəsi 21. |
| |
|
 |
DİVANXANA
Qəmbər və Hüseynbəy qardaşları tərəfindən XIX əsrdə tikilmişdir. Hazırda bu binada Gəncə Səhmdar Kommersiya Bankı yerləşir.
Ünvan: Atatürk prospekti 260.
|
| |
|
 |
UĞURLU BƏY KARVANSARASI
XVIII əsrdə tikilmişdir.
Ünvan: Şeyx Bahəddin küçəsi 59. |
| |
|