Untitled Document
Untitled Document "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
Untitled Document
Ana səhifə
 
Untitled Document








Untitled Document  
 
T Ə D B İ R L Ə R
 
 

“Mirzə Fətəli Axundzadə - 200"

MKS-nin 25 saylı kitabxana filialında 17.05.12-ci il tarixdə Azərbaycanın görkəmli demokrat  yazıçısı, dramaturqu, filosof və maarifpərvəri Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinə həsr edilmiş “Mirzə Fətəli Axundzadə - 200”  adlı sərgi təşkil edilmişdir. Sərgiyə 24 saylı məktəbin şagirdləri dəvət edilmişdi. 
Sərgidə M.F.Axundzadənin  latın və kiril qrafikası ilə   çap  edilmiş  əsərləri,  rus dilində olan kitabları,  böyük ədib haqqında yazılmış tədqiqat əsərləri, həmçinin dövrü mətbuatda  onun haqqında  dərc edilmiş məqalələr  nümayiş  etdirildi.
 Tədbir iştirakçılarına sərgi haqqında  böyük kitabxanaçı Qasımova Rahilə   məlumat verdi:
- M.F.Axundzadənin irsi Azərbaycan milli mədəniyyəti xəzinəsinə çox zəngin töhfədir. Axundzadənin irsi yalnız tarixə məxsus deyildir.  Onun zəngin irsi özündən sonrakı nəsillərə indi də yüksək ideyalar uğrunda dönməz, ardıcıl, güzəştsiz mübarizə aparmağı öyrədir...
         Sonda tədbir iştirakçıları  sərgi ilə yaxından  tanış oldular.


 
 

 

" V Kitab Bayramı "

Bu gün Gəncə şəhərində ənənəvi "V Kitab Bayramı" keçirildi. Kitab Bayramında şəhər ziyalıları, mədəniyyət müəssisələrinin kollektivləri, tələbə və məktəblilər iştirak edirdilər. Tədbirdə Ümummilli lider Heydər Əliyevə həsr olunmuş " Əbədi müstəqilliyimizin memarı", "Azərbaycan təbiəti dünya incisi - gəlin onu qoruyaq" , "Dilimiz qüdrətimizdir", " Gəncəm mənim bircəm mənim", " Milli qəhrəmanlar fəxrimizdir", " Azərbaycan poeziyasının korifeyi Nizami Gəncəvi - 870", " Nağıllar dünyasına səyahət", "Mədəniyyət, incəsənət", "Hüquqi biliklər" və s. başlıqlar altında kitab sərgiləri təşkil edilmişdi. Bayramda Gəncə şairlərinin və məktəbli şagirdlərin ifasında şerlər söyləmişdir. Tədbir Uşaq incəsənət məktəbi şagirdlərinin ifasında müxtəlif mahnı və rəqs proqramı ilə başa çatdı..

 
 
 
 

"Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş gül bayramı"

10 May tarixdə Gəncədə Ulu öndər, Ümummilli liderimiz, əbədiyaşar, fenomen şəxsiyyət Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş gül bayramı keçirildi.
Tədbirdə bütün idarə və təşkilatlar, ali və orta təhsil müəssisələri – bütün şəhər ictimaiyyəti iştirak edirdi. Gül bayramında güldən düzəldilən müxtəlif əl işləri nümayiş etdirildi.
Məmnuniyyətlə tədbirə qoşulan Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi sərgiyə güllərdən toxunmuş kitab maketi təqdim etdi.

 
 

 

"41-dən 45-ə od yara-yara"

8.05.2012-ci il tarixdə saat 1130 da Mərkəzləşmiş kitabxana sisteminin 2 saylı kitabxana filialında Alman faşizmi üzərində qələbənin 67-ci ildönümünə həsr olunmuş “41-dən 45-ə od yara-yara”başlığı altında sərgi təşkil edildi. Sərgidə Böyük Vətən müharibəsini özündə əks etdirən ədəbiyyat, şair və yazıçıların bu mövzuya həsr olunmus əsərləri düzülmüşdü. Tədbir haqqında 2saylı kitabxana filialının müdiri Firuzə Yunusova çıxış etdi və Azərbaycanın oğul və qızlarının 1941-1945-ci illərdə arxa və ön cəbhədə göstərdikləri misilsiz qəhrəmanlıqlarından danışdı. O,yeniyetmə və gənclərə vətənpərvər,cəsur,mübariz olmağı tövsiyə etdi. Tədbirdə GDU-nun tarix-coğrafiya fakultəsinin tələbələri və 18 saylı orta məktəbin şagirdləri iştirak etdilər. .

 

 


" Göylərin ovcunda yaşayan Şuşam, Məğrur qartallara aşiyan Şuşam"

Gəncə şəhər rəhbərliyinin təşkilatçılığı ilə 8 may tarixində şəhər Mərkəzi Kitabxanasında Şuşa şəhərinin erməni işğalçıları tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı
“Göylərin ovcunda yaşayan Şuşam, Məğrur qartallara aşiyan Şuşam”adlı anım günü keçirildi.
Tədbiri Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin nümayəndəsi Bəxtiyar Muradov açdı. İlk öncə Qarabağ döyüşlərində və Şuşa şəhərinin işğalı zamanı şəhid olmuş Azərbaycan şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Gəncə Dövlət Universitetinin Tarix kafedrasının baş müəllimi Yəhya Süleymanov, Əziz Məmmədov, GDU-nun Ümumi tarix kafedrasının tarix üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarov, “Azərbaycan tarixi” kafedrasının doktorantı Azər Topçuyev, GDU-nun Sosial fənlər üzrə baş müəllimi Samir Cəfərov Şuşa şəhərinin tarixi, mədəniyyət ocaqları,erməni terrorçuları tərəfindən işğalı ilə bağlı geniş məruzə ilə çıxış etdilər.
İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Həmçinin 5 saylı musiqi məktəbinin “Fantaziya” skripkaçılar ansamblı lirik musiqi proqramı ifa etdilər.
Tədbirdə həmçinin Gəncə regional Elmi Mərkəzin, Heydər Əliyev adına muzeyin, 2 saylı şəhər poliklinikasının, Gəncə Tibb Kollecinin, Tarix-Diyarşünaslıq muzeyinin kollektivi iştirak edirdi.
“Şuşa həsrəti”, “Şuşanın işğalı” adlı sənədli film nümayiş olundu.
Gəncə Uşaq Rəssamlıq Məktəbinin “Şuşa”nın işğalı ilə bağlı çəkilmiş əl işləri, rəsmləri tədbirdə nümayiş etdirildi.

 
 
 

 

“Şuşasız ötən illər"

MKS-nin 15 saylı kitabxana filialında 7 may 2012-ci il tarixdə saat 11.00-da Şuşa rayonunun işğalı günü.”Şuşasız ötən illər” başlığı altında Anım günü kecirildi.
Giriş sözü ilə tədbiri 15 saylı kitabxana filialının kitabxanaçısı Rəcəbova Elnarə açdı. Tədbirə toplaşanlar şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. E.Rəcəbova Şuşanın işğalı ilə bağlı ətraflı məlumatlar verdi.
Azərbaycan torpaqlarının 20% -dən çoxu ermənilərin işğalı altındadır. Şuşa çirkin siyasi oyunların qurbanı oldu.O, Azərbaycana təcavüz edən ermənilərin qarşısında boyun əyməyən şəhidlərimizdən danışdı.
Milli qəhrəmanımız Qəmbərov Ramiz Bulud oğlunun erməni yaraqlıları 29 aprel 1992-ci iıdə Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı gedən döyüşlərdəki igidliklərindən danışdı. Bu qəhrəmanın öz batalyonu ilə düşmənin dörd postunu ələ keçirməsindən və qeyri bərabər döyüşlərdə ağır yaralanıb, şəhid olmağından bəhs etdi.
Şuşa Azərbaycanın dilbər guşələrindən biridir. Artıq 20 ildir ki, Şuşamıza, xarı bülbülümüzə həsrət qalmışıq .Vaxt gələcək Qarabağ torpağında, Şuşada bayrağımız ucalıb, himnimiz səslənəcək. O gün uzaq deyil! Çünki vətənimizin qəhrəman əsgərləri torpaqlarımızı işğaldan azad etməyə hazırdı. Prezidentimiz İlham Əliyev cənablarının apardığı siyasət nəticəsində hansı yolla olursa,olsun torpaqlarımız geri qayıdacaq.
Tədbirin sonunda iştirakçılar “Şuşasız ötən illər” başlığı altında sərgi ilə tanış oldular.

Tədbirdə ADAU-nun tələbələri və məktəblilər çox fəal iştirak etdilər.


 
 

 

“Sən elə bir zirvəsən..."

7 may tarixində Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə “Sən elə bir zirvəsən...” adlı ədəbi-bədii kompozisiya keçirildi.
Tədbiri Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin nümayəndəsi Bəxtiyar Muradov açdı.
Çıxışdan sonra “Heydər Əliyev. Azərbaycan Mədəniyyətinin Hamisi” adlı sənədli film nümayiş olundu.
Azərbaycan Texnologiya Universitetinin dosenti, fəlsəfə doktoru, fəxri professor, YAP ərazi təşkilatının sədri Hüseyn Budaqov “Ümummilli liderliyin fəlsəfəsi” mövzusunda məruzə ilə çıxış etdi.
2010-cu il “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsinin I yerin qalibi, Aqrar Universitetin I kurs tələbəsi, kitabxananın fəal oxucusu Ənvər Ənvərzadə “Heydər Əliyev” şeiri, “Gənc Heydərçilər” ədəbi-bədii kompozisiya ilə çıxış etdi.
Gəncə Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasının doktorantı, kitabxananın daimi və fəal oxucusu, Azər Topçuyev “Heydər Əliyev Azərbaycan mədəniyyəti” mövzusunda çıxış etdi.
Tədbirdə Q. Hüseynli adına Gəncə Musiqi Kollecinin vokalisti Vasif Bayramlının “Heydər ata” adlı klipi nümayiş etdirildi.
Tədbirin sonunda iştirakçılar ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən “Dünyanın hər yerindən görünən zirvə” başlığı altında təşkil olunmuş sərgiylə tanış oldular.

 
 
 
 

“Mənalı ömrün manifesti"

26 aprel tarixində Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalında Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar bölməsi və Gəncə şəhər Mərkəzi Kitabxana ilə birgə Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, yazıçı-alim Mir Cəlal Paşayevin doğum günü münasibətilə “Mənalı ömrün manifesti” adlı yaradıcılıq gecəsi təşkil etdi.
Gecəni Azərbaycan Yazıçılar Birliyi Gəncəbasar bölməsinin sədri, əməkdar incəsənət xadimi, şair Məmməd Alim açdı: “Mir Cəlal Paşayev 1908-ci il aprel ayının 26-da Cənub Azərbaycanın Əndəbil kəndində anadan olmuşdur. 1924-cü ildə Gəncə Darülmüəlliminə daxil olmuşdur. 1929-1930 cu illərdə 1 saylı Gəncə şəhər məktəbində direktor vəzifəsində işləmişdir...”
Tədbirdə həmçinin Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin nümayəndəsi Bəxtiyar Muradov, MKS-nin direktoru Elmira Əliyeva, direktor müavini Fəridə Qədimova, M.C.Paşayev adına 39 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Jalə Rüstəmova, 37 saylı məktəbin müəllimi İmamverdi Məmmədov,  kitabxananın daimi və fəal oxucusuları Fazil Kazımov,  Saleh Vəliyev, şair Aləmzər Əlizadə, Səadət Ələkbərova, Nadir Ovçu, Oruc Göyçəli və s. iştirak edirdilər.                                                  
İştirakçılar M.C.Paşayevin həyat və yaradıcılığından, ədiblə bağlı xoş xatirələrindən danışdılar.
Müdrik yazıçının roman və povest, hekayə və oçerkləri-  “Sağlam yollarda”, “Dirilən adam”, “Bir Gəncin Manifesti”, “Yaşıdlarım”, Boy”, “Bostan oğrusu” və s.haqqında geniş danışaraq, əsərdəki  maraqlı məqamları dilə gətirdilər.
Tədbirin sonunda istirakçıların hər biri M.C.Paşayevin həyat və yaradıcılığını əks etdirən “Mənalı ömrün manifesti” adlı sərgiylə tanış oldular.

 
 
 

İdman edək, sağlam olaq

MKS-nin 15 saylı kitabxana filialında  25 aprel 2012- ci il tarixində saat 11.00- da 2012-ci il İdman ilinə həsr olunmuş „İdman edək, sağlam olaq“ başlığı altında söhbət keçirildi. Tədbiri giriş sözü ilə E. Rəhimova açaraq bildirdi ki 2012-ci il İdman ili olduğu üçün filialımızda il ərzində İdmana aid bi neçə tədbirlər keçirməyi nəzərdə tutmuşuq. O, ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini qeyd etdi və vurğuladı ki, bu qayğının nəticəsidir ki, ölkəmizdə və onun hüdudlarından kənarda da idmançılarımız yeni- yeni uğurlar qazanaraq, qələbələrlə vətənimizə dönüblər. Tədbirdə ADAU-nun I kurs tələbələri iştirak etdilər. Tədbirdən sonra  iştirakçılar idmana dair kitablarla tanış oldular.

 

 

Məmməd Rahim-105

18 aprel 2012-ci il tarixdə saat 12-00-da, MKS-nin 7 saylı kitabxana filialında Azərbaycanın xalq şairi, Azərbaycan Əməkdar İncəsənət xadimi, Dövlət mükafatı laureatı Məmməd Rahimin anadan olmasının 105 illiyinə həsr olunmuş “Məmməd Rahim-105” başlığı altında sərgi təşkil olundu.
         Tədbir İştirakçıları kitab sərgisi ilə tanış oldular.Sərgidə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi M.Rahimin 10-a yaxın kitabları: latın və kiril əlifbası ilə yazılmış “Seçilmiş əsərləri”, “Məhəbbət dastanı” adlı şer kitabı və dövrü mətbuatda M.Rahim haqqında yazılmış məqalələr nümayiş etdirildi.
         Sərgi haqqında kitabxanaçı Mustafayeva Vüsalə məlumat verdi.
Mustafayeva qeyd etdi ki, XX əsr Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan M.Rahim ədəbi yaradıcılığa “Gördüm” adlı şerlə başlamışdır, şairin  yaradıcılığı poemalar, pyeslər, mənzum dramlar, lirik yumoristik və satirik şerlər, uşaqlar üçün  şerlərlə zəngindir.
         Vüsalə xanım yekun sözü olaraq qeyd etdi ki, M.Rahim yaradıcılığı Azərbaycan poeziyası tarixində maraqlı və məhsuldar bir yer tutur.

 

 

Tarixin daş yaddaşı

2 saylı kitabxana filialının kollektivi 18.04.2012 ci il tarixdə saat 12-00 də  18 saylı orta məktəbdə Tarixi abidələr gününə həsr olunmuş “Tarixin daş yaddaşı” adlı tədbir keçirdi. Tədbiri 2 saylı kitabxana filialının böyük kitabxanaçısı Aygün Hacıyeva açdı və mövzu haqqında məlumat verdi. O dedi: Tarixi abidələr neçə-neçə yüz illərin yadigarıdır. Onları qoruyub bizə çatdırıblar. Biz də Tarixin daş yaddaşı olan tarixi abidəlsərimizi gələcək nəsillərə çatdırmalıyıq. Torpaqlarımız düşmən əsarətindədir. Torpaqlarımızı azad etməli, tarixi sərvətlərimizə  sahib çıxmalıyıq. Sonra 18 №li orta məktəbin müəlliməsi Qumru İbrahimova tarixi abidələrdən, onların bərpasından, onlara göstərilən qayğıdan danışdı və şagirdlərə tarixi abidələri öyrənməyi, onları sevməyi tövsiyə etdi. Tədbirin sonunda “Tarixin daş yaddaşı”adlı sərgiyə baxıldı.

 
 

 

“Ölüm pəncərəmi döydü bu axşam”

14.04.12-ci il saat 13.00-da MKS-nin 1saylı kitabxana filialında Azərbaycanın milli qəhrəmanı Alı Mustafayevin anadan olmasının 60 illiyinə həsr olunmuş “Ölüm pəncərəmi döydü bu axşam” başlığı altında şeir gecəsi keçirildi. Tədbiri giriş sözü ilə 1 saylı kitabxananın müdiri Məlikova Züleyxa açdı. O tədbir iştirakçılarını salamladıqdan sonra Alı Mustafayevin keçdiyi qisa, lakin şərəfli ömür yolu haqqında geniş çıxış etdi. Sonra söz Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar bölməsinin sədri şair Məmməd Alimə verildi. Məmməd Alim öz çıxışında vətən borcu və lirikanın vəhdətindən  yaranan Alı Mustafayev yaradıcılığının gənclər tərəfindən sevildiyini vurğuladı. Bildirdi ki, Ali Mustafayev yaradıcılığı xəfif məhəbbət, vətənə sevgi, həsrət, zəriflik kimi duyğular üzərində qurulmuşdur. Sonda tədbirdə iştirak edən 4 və 6 saylı məktəbin şagirdləri Alı Mustafayevin şeirlərini söylədilər.

 
 
 

“Kəlbəcər rayonunun işğalı

2 Aprel 2012-ci il tarixdə MKS-nin 1 saylı kitabxana filialında Kəlbəcər rayonunun işğalının ildönümünə həsr olunmuş anım günü keçirildi. Tədbiri filial müdiri Z. Məliokova bütün Azərbaycan şəhidlərinin ruhunun yad edilməsi təklifi ilə açdı.
         39 saylı orta məktəbin dərs hissə müdiri A. Cəmilova erməni işğalçılarının vəhşiliyindən, Azərbaycan torpaqlarının qəddarcasına işğalından, yerli, dinc əhalinin qədim ata-baba yurdlarından didərgin salınmasından danışdı.
         Gənc Vətənpərvərlər Birliyinin nümayəndəsi Elçin Axundov, MKS-nin direktor müavini F.Qədimova çıxış etdilər. 39 və 4 saylı məktəbin şagirdlərinin ifasında şerlər səsləndi.
         Tədbirdə mövzuya həsr olunmuş kitab sərgisi nümayiş etdirildi.

 
 

 

“Beynəlxalq Uşaq kitabı günü”

Gəncə şəhəri Mərkəzləşdirilmiş kitabxana sisteminin Uşaq şöbəsində 02.04.12-ci il tarixində Beynəlxalq Uşaq kitabı günü ilə əlaqədar “Küllücənin əhvalatları” nağılı əsasında nağıl saatı keçirildi.
Tədbirdə Gəncə şəhər 27 saylı Lisey orta məktəbinin şagirdləri iştirak etdilər.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində Beynəlxalq  Uşaq kitabı günü ilə əlaqədar geniş kitab sərgisinə baxış keçirildi.

 
 

 

“1 aprel - Gülüş günü”

1 Aprelin gülüş günü kimi qeyd olunma tarixçəsi haqqında bir sıra fərziyyələr mövcuddur. İlk olaraq 1 aprel müxtəlif ölkələr tərəfindən yazın gəlişi mənasını ifadə edirdi və bununla əlaqədar keçirilirdi. Bayramın atributlarından olan zarafatlar, əyləncələr və hazırlıqlar burada əvəzedilməz rol oynayırdı. Aprelin ilk günü zarafat etmək qaydası birinci dəfə Fransada Yeni ilin gəlişi ilə əlaqədar keçirildi. XVI əsrin ikinci yarısına qədər Avropada yeni il həftəsi müddətində, yəni 25 martdan 1 aprelə qədər insanlar ürəkdən sevinirdilər. Bir – bbirlərinə qonaq gedirdilər, hədiyyələr bağışlayırdılar. 1 aprel Yeni ilin qədəm qoyduğu gün hesab olunurdu. 1582 – ci ildə Qriqor təqvimi Yulianla dəyişdirilib, nəticədə 1 aprel 1 yanvarla əvəz edilib. Bütün bunlara baxmayaraq əksər fransızlar Yeni ili 1 apreldə qeyd etməyə davam edirdi.

Azərbaycanda da 1 aprel bir əksər insanlar tərəfindən Gülüş günü kimi qəbul olunur.

 

 

“31 mart - Azərbaycalıların Soyqırım günüdür.”

30 mart 2012-ci il tarixdə saat 14-00 da Mərkəzi kitabxananın oxu zalında ‘’31 mart - Azərbaycanlıların Soyqırım günüdür” adlı dəyirmi masa keçrildi . Tədbiri Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Elmira Əliyeva açaraq iştirakçıları soyqırımda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etmişdir. Elmira Əliyeva öz çıxışında o ağrılı günləri bir daha yada salmış və bu soyqrımın heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini qeyd etmişdir. Daha sonra Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin baş məsləhətçisi Bəxtiyar Muradov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin [Ombusmanın] Gəncə Regional mərkəzinin baş məsləhətçisi Səbuhi Abbasov, Azərbaycan Texnologiya Universitetinin dosenti Hüseyn Budaqov, Gəncə Dövlət Universitetinin baş müəllimləri Yəhya Süleymanov, Əziz Məmmədov və fəal oxucu Azər Topçuyev çıxış edərək son iki yüz ildə erməni millətçilərinin və onların havadarlarının azəbaycanlılara qarşı məqsədyönlü soyqırım yə deportasiya siyasətinin Azərbaycan xalqının tarixinə ağrılı səhifələr kimi daxil olduğunu qeyd etdilər. Tədbirin sonunda iştirakçılar mövzu ətrafında öz fikir və rəylərini bildiriblər.
Sonda tədbir iştirakçıları Mərkəzi kitabxananın hazırladığı kitab, jurnal və qəzet materiallarından ibarət “Bəşəriyyətə və insanlığa qarşı Qanlı cinayət – 31 mart” adlı kitab sərgisi ilə tanış olmuşlar.

 
 

 

“Novruz bayramı bu il Gəncədə də təmtəraqla, özünəməxsus gözəlliklə qeyd olunub.”

Novruz uzaq keçmişimizdən bizim günlərə qədər əzizlənən, yaşadılan ən gözəl bayramlarımızdan biridir. Gəncədə Novruz meydanının açılışı olub. Baharın gəlişi münasibəti ilə meydanda keçirilən tədbirdə “Novruz şou” adlı proqram nümayiş etdirilib.
Sonra Novruz bayramına Cavad xan küçəsindən start verilib. Şəhər rəhbərliyinin və ictimaiyyət nümayəndələrini Dədə Qorqud və Bahar qız salamlayıb. Gəncə Dövlət Dram Teatrının təqdim etdiyi tamaşada Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavad Xanın obrazları canlandırılıb.
Cavad xan küçəsində meydan tamaşası nümayiş olunub. Dahi bəstəkarımız Üzeyr Hacıbəyovun “O olmasın, bu olsun”, “Arşın mal alan” və “Hacı Qara” əsərlərindən ayrı-ayrı səhnələr böyük sənətkarlıqla təqdim olunub. Xalq tətbiqi sənət nümunələrinin və rəsm əsərlərinin sərgisi gəncəlilərin peşəkarlığının nümayişinə çevrilib. Kütləvi səhnələr, Keçəllə Kosanın şən zarafatları, bayram oyunları tədbir iştirakçılarına yaddaqalan anlar bəxş edib. Bayram tədbiri daha sonra Gəncənin baş meydanında davam edib. Novruz şənliyində çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhər əhalisini təbrik edərək xeyir, bərəkət və bolluq arzu edib.
“Bu gün Gəncə sözün əsl mənasında intibah dövrünü yaşayır. Cənab prezidentin  gəncəlilərə olan sevgisi göz qabağındadır. İnsanların üzünə baxanda bu əmin-amanlığı, bu gözəlliyi görəndə, sözsüz ki, hər bir adam sevinir. Hər bir vətəndaşımızı təbrik edirik, qoy bu bahar bayramı elimizə, obamıza səadət, sülh bəxş etsin”.
Bayramınız mübarək!

 
 
 

“Torpaq çərşənbəsi”

Novruz bayramının ən təntənəli mərasimləri çərşənbələr hesab olunur və məhz buna görə də əhali həmin günləri xüsusi təntənə ilə qeyd edirlər. Lakin bu çərşənbələrin içərisində daha böyük mərasimlər hazırlanan çərşənbə sonuncu hesab olunan Torpaq çərşənbəsidir. Bu çərşənbə öz xüsusiyyətlərinə və bayrama yaxın olduğuna görə daha çox insanlar tərəfindən sevilir və seçilir. Onunla yanaşı torpağın insana və bəşəriyyətə verdiyi bu nemətlər heç vaxt unudulmur. Ona görə də həmin günə Azərbaycan xalqı daha təmtaraqlı şəkildə hazılaşırlar. Torpaq çərşənbəsində süfrəmizin gözəl təamlarından olan paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlar hazırlanır. Qoğal günəşin və istiliyin simvolu kimi stola gətirilir. Şəkərbura da kənarındakı və üzərindəki mənalara görə günəş şüalarını xatrıladır, paxlava isə mərkəzinə qoyulmuş funduqla mifik mənanı özündə əks etdirir. Şirniyyatların süfrəyə qoyulması bütün ilin bərəkətli, ruzili və həmişə şirin keçməsini mənalandırır. Bununla yanaşı qoz, funduq, badam və bir çox çərəz növləri də süfrəni bəzəyir. Qadınlar, qızlar isə evlərinə xonça tuturlar və müxtəlif konfetlərlər onu bəzəyirlər. Süfrə qoyulmuş səməni isə öz yaşıl görkəmi və belinə bağlanmış qırmızı lentlə daha çox diqqət vəlb edir. Həmin gün hamı deyib, gülür və insanlar evlərində xoş sözlər danışırlar.
Torpaq çərşənbəsi olduğu üçün artıq xalq əkin – biçinə başlamalı olur. Digər çərşənbələr sayılan Su, Od, Yel öz işlərini bitirmiş sayılırlar və Torpağa yer verirlər. Torpaq isə deyir səndən hərəkət məndən bərəkət. Yerlər şumlanır, toxumlar səpilir və artıq yazın gəlməsi ilə işgüzarlıq da özünü göstərir.
Axır çərşənbə günü qadınlar, qızlar çilələrini tökmək üçün çay üzərinə yollanır və sudan tullanırlar. Həmçinin həmin gün axşam vaxtı yenə də tonqallar qalanır, lakin bu çərşənbənin tonqalları digərlərindən amam fərqlənir. Çünki həmin gün daha çox maraq olur və hamı od ətrafına yığışaraq onun istisinə qızınmağa çalışırlar

Torpaq çərşənbəniz mübarək!

 

 

“8 Mart Beynəlxalq Qadınlar günü - Bayramınız Mübarək”

8 Martın beynəlxalq qadınlar günü elan edilməsi haqda qərar 1910-cu ildə, sosialist qadınların Konpenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib.
Beynəlxalq qadınlar bayramı münasibəti ilə bütün xanımlarımızı səmimi qəlbdən təbrik edir, həyatda onlara uzun, sağlam ömür, müfəffəqiyyət, həqiqi qadın xoşbəxtliyi arzu edirik !

 
 
 

“Yel çərşənbəsi”

Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif,inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibariləqədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

Yel çərşənbəniz mübarək!

 
 

“Yazıçı M.S.Ordubadinin anadan olmasının 140 illiyi”

Gəncə şəhər Mərkəzləşdirilmiş  Kitabxananın Uşaq şöbəsində nasir, dramaturq, yazıçı M.S.Ordubadinin anadan olmasının 140 illiyi münasibətilə kitab xülasəsi keçirildi. Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin müdiri Cəfərova Atlas açaraq yazıçının həyat və yaradıcılığı ilə bağlı geniş mövzuda çıxış etdi.
            Tədbirdə 27 saylı lisey məktəbinin müəllim və şagird kollektivi iştirak etdilər.
            27 saylı məktəbin ədəbiyyat müəllimi Əliyeva Sevda yazıçının “Qılınc və qələm”, ədəbiyyat müəlliməsi Mehdiyeva Xanım  “Dumanlı Təbriz”, Məmmədova Könül müəllimə “Gizli Bakı” romanlarının xülasəsini etdilər. Sonda Uşaq kitabxanasında M.S.Ordubadinin həyat və yaradıcılığını, əsərlərini əks etdirən sərgiyə tədbir iştirakçıları tərəfindən baxış keçirildi.

 

 
 

 

“Od çərşənbəsi”

Novruz bayramı – baharın xəbərçisidir. Bu bayramı iran və türk xalqları qeyd edir. Azərbaycanda bu ən sevimli bayramdır. Kainat dörd ünsürdən yaradılıb: su, od, torpaq və yel. Əfsanədə deyilir ki, Allah insanı torpaq və sudan (gil) yaradıb, buna görə də bu çərşənbələr müqəddəs hesab edilir. Adətə görə 4 çərşənbə qeyd edilir və hər birinin öz adəti var. Birinci çərşənbə “su çərşənbısi” adlanır və fevral ayının son həftəsinə təsadüf edir. Sabah artıq ikinci çərşənbə, “od şərşənbəsi”dir. Od çərşənbəsi od, günəş, təbiətin isti nəfəsi ilə bağlıdır. Azərbaycanda od çərşənbəsində ilk tonqallar qalanır və hər kəs bu tonqallardan tullanmalıdır ki, bəla və uğursuzluqlar ötən ildə qalsın. Od çərşənbəsində mütləq paxlalı plov hazırlanır, çünki paxla məhz odun simvoludur.

Od çərşənbəniz mübarək!

 

 

   
  Arxiv...1. .2. .3. .4. .5. .6. Əvvələ
Untitled Document
Gözlənilən tədbirlər:


Virtual sifariş
Sifarişlərin sayi: 17







Baxılıb:
??????? ?????????

free counters
     
Untitled Document
  Untitled Document

2007 Gəncə şəhər Mərkəzi Kitabxanası
Tərtibatçı: Ramil Ismayılov Dizayn: Sevda Baxşıyeva